Sentyabr 13, 2025-23:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ermənistan ordusunun hücumlarından zərər çəkmiş şəxs: Laçından keçəndə Gorusdan artilleriya atəşinə məruz qaldıq

2025:08:25 - 16:39
in SİYASƏT
A A
Avqustun 25-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Sabir Quliyev Şuşanın işğalı zamanı dinc əhaliyə humanitar dəhlizin verilmədiyini bildirib.

APA xəbər verir ki, S.Quliyev Şuşanın Göytala kənd sakini olduğunu, 1992-ci il mayın əvvəlində şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini və məcburi köçkün düşdüyünü vurğulayaraq deyib: “Əmim oğlanları Tahir və Rəfael Quliyevlər həlak oldular. Tahir Quliyevin meyiti hələ də tapılmayıb”.

“Şuşanın işğalı zamanı qarşı tərəf dinc əhaliyə humanitar dəhliz vermədi. Laçından keçəndə Gorus tərəfdən artilleriya atəşinə məruz qaldıq. Orada yaşlı qadın həlak oldu”, – deyən zərərçəkən əlavə edib ki, torpaqlarımız işğaldan azad olunandan sonra atasının qəbrini ziyarət edəndə onun məzarının dağıdıldığını, bəzi başdaşlarının çıxarıldığını görüb.

“Mülkümüzü, təsərrüfatımızı, var-dövlətimizi əlimizdən aldılar. Kəndlərimizi dağıdıblar, sakinlər evlərini belə tapa bilmirdilər. Torpaqlarımızı elə bir vəziyyətə salıblar ki…”, – deyə o diqqətə çatdırıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Əvvəlki Yazı

Xalq artisti: Azərbaycan muğamı əmin əllərdədir, biz bununla fəxr edirik

Növbəti Yazı

Kamaləddin Qafarov: Azərbaycan, Türkmənistan və Özbəkistan üçtərəfli tərəfdaşlıq mərhələsinə keçir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.