Amerika lideri Donald Tramp deyib ki, onu zarafatla “Avropa prezidenti” adlandırırlar.
Amerika lideri Ağ Evdə bəzi fərmanlar imzalayarkən ABŞ-ın “hazırda dünyanın ən hörmətli ölkəsi olduğunu” bəyan edib. O, ABŞ-ın NATO müttəfiqləri arasından Aİ ölkələrinin təmsilçilərindən danışaraq əlavə edib: “Onlar sizin prezidentinizə o qədər hörmət edirlər ki, zarafatla məni Avropanın prezidenti adlandırırlar”.
“Məni Avropanın prezidenti adlandırırlar, bu, böyük şərəfdir. Avropanı bəyənirəm, bu insanları bəyənirəm. Onlar yaxşı insanlar, böyük liderlərdir”, – Tramp əlavə edib.
ABŞ prezidenti xatırladıb ki, o, israrla Avropa müttəfiqlərindən müdafiə xərclərini artırmağa çalışıb. NATO-nun iyunun 24-25-də Haaqada keçirilən sammitinin yekunları üzrə qəbul edilmiş kommünikeyə əsasən Şimali Atlantika Alyansı ölkələrinin liderləri müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmaq barədə razılığa gəliblər. (Tass)