ABŞ prezidenti Donald Tramp Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin xüsusiyyətlərinin hələ müzakirə edilmədiyini bildirib və qeyd edib ki, Avropa ölkələri öz üzərinə mühüm öhdəliklər götürməli olacaqlar.
Ağ Evdə bir sıra yeni icraçı sərəncamların imzalanması mərasimində jurnalistlərin suallarını cavablandıran Tramp, “Təhlükəsizlik təminatlarının nə olacağını bilmirik, çünki konkret detalları hələ müzakirə etməmişik. Görəcəyik. İlk növbədə, onlar Avropadan əhəmiyyətli təhlükəsizlik zəmanətləri alacaqlar, çünki onlar oradadırlar. Amma biz onlara dəstək vermək baxımından iştirak edəcəyik”. Eyni zamanda o, ABŞ-ın “artıq Ukraynaya pul xərcləmədiyini” vurğulayıb. (Tass)