ABŞ Rusiya ilə birlikdə nüvə silahlarını daha da azaltmağa, eləcə də Çini bu prosesə cəlb etməyə çalışır. Bunu ABŞ prezidenti Donald Tramp deyib.
O, Ağ Evdə yeni icra sərəncamlarının imzalanması mərasimində jurnalistlərin suallarını cavablandırarkən, “Biz nüvə silahlarının [sayının] məhdudlaşdırılmasından danışırıq, Çini də bu işə cəlb edəcəyik” dedi. “Ən çox [nüvə silahımız] bizdədir. Rusiya ikinci, Çin isə üçüncüdür”, – Tramp iddia edib. “Biz denuklearizasiyanı təmin etmək istərdik”, – o vurğulayıb.