Sentyabr 9, 2025-2:06
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Yardımlının 18 yaşlı gənci sadə qələmlə möhtəşəm portretlər yaradır

18 yaşlı Yardımlı sakini sadə qələmlə möhtəşəm portretlər yaradır.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Yardımlı rayonunun Sırıq kənd sakini, 18 yaşlı Səməd İskəndərli gənc yaşlarından özünəməxsus istedadı ilə seçilir.

Onun sadə və rəngli qələmlə çəkdiyi peşəkar portretlərlər görənlərin marağına səbəb olub.

Səməd bu sənətə 12 yaşından başlayıb. İlk rəsmlərini sosial şəbəkələrdə paylaşdığı vaxtdan insanlar onun əl işlərini heyranlıqla izləməyə başlayıblar. İstedadlı gənc tədricən sifarişlər qəbul edərək portretləri satışa çıxarıb.

Səməd İskəndərli təkcə sosial şəbəkələrin dəstəyi ilə bacarığını təkmilləşdirdiyini deyir. İllər öncə Quba şəhərində keçirilən rəsm müsabiqəsində birinci yerə layiq görülməsi də bu istedadın təsadüfi olmadığını göstərir.

Hazırda İqtisad Universitetində təhsil alan Səməd gələcəkdə ikinci ali təhsilini məhz rəssamlıq sahəsində davam etdirmək niyyətindədir.

Onun arzusu bu sənəti peşəkar səviyyədə öyrənmək və beynəlxalq sərgilərdə Azərbaycanı təmsil etməkdir.