Ermənistan konstitusiyaya dəyişiklik etmək üçün Azərbaycan qarşısında heç bir öhdəlik götürməyib, bunu Xarici İşlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsində deyib.
“Konstitusiya Vaşinqtonda müzakirə olunmayıb və bizim konstitusiyamızı dəyişdirmək üçün heç bir üçüncü ölkə qarşısında heç bir öhdəliyimiz yoxdur”, o qeyd edib.
Bundan əvvəl Azərbaycan Qarabağla bağlı bəndin yer aldığı İstiqlal Bəyannaməsinə istinadın ölkə konstitusiyasından çıxarılmasından sonra Ermənistanla nəhayət sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etmişdi. (Tass)