Ukrayna nümayəndə heyəti təhlükəsizlik təminatlarını müzakirə etmək üçün İsveçrəyə, oradan da ABŞ-a yollanır. Bu barədə Vladimir Zelenski Telegram kanalında axşam videomüraciətində bildirib.
“Sabah İsveçrədə, cümə günü Amerika Birləşmiş Ştatlarında, Nyu-Yorkda görüşlər, [ABŞ prezidenti Donald] Trampın komandası ilə görüşlər olacaq”, – deyə o bildirib. “Təhlükəsizlik zəmanətlərinin məzmunu üzərində işləyənlərin hamısı – təhlükəsizlik zəmanətlərinin hərbi, siyasi, iqtisadi komponentləri cəlb olunacaq”.
Bloomberg daha əvvəl mənbələrə istinadən yazıb ki, Zelenskinin ofisinin rəhbəri Andriy Yermak və Ukrayna Təhlükəsizlik Şurasının katibi Rustem Umerov ABŞ prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Vitkoffla görüşmək üçün ABŞ-a gedirlər.
Bundan əvvəl Vitkoff “Fox News” telekanalına müsahibəsində Nyu-Yorkda Ukrayna nümayəndələri ilə görüş keçirəcəyini açıqlamışdı. (Tass)