Sentyabr 15, 2025-10:16
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Gömrük Komitəsinin 90 min manatlıq nəqliyyat vasitələri təkrar hərraca çıxarılır

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Gömrük Komitəsinə məxsus toplam 56 nəqliyyat vasitəsi hərraca çıxarılacaq.

Teleqraf Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, buraxılış illəri 2002-2003-cü illəri əhatə edən nəqliyyat vasitələrinin hərracda ilkin satış qiymətləri 89 min 600 manat təşkil edir.

Hərrac oktyabrın 2-si saat 10:00-da keçiriləcək.

Qeyd edək ki, əvvəlki hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitələri 2-ci dəfə təkrar satışa çıxarılır.