DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, həmin şəxslərdən 6 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.
Araşdırmalarla onların narkotik vasitələri maddi qazanc müqabilində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdikləri müəyyən edilib. Saxlanılan şəxslər ifşa olunmamaq üçün narkotikləri Yardımlı rayonunda yerləşən çətin relyef şəraiti olan ərazilərdən keçirərək paytaxta göndərməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.