Sentyabr 14, 2025-6:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Naxçıvanda fermerlərə taxıl əkinləri üçün 3,7 milyon manatdan çox subsidiya ödənilib

2025:08:29 - 15:14
in İQTİSADİYYAT
A A
Naxçıvan, 29 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında 2025-ci ilin taxıl biçini yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il muxtar respublika üzrə ümumilikdə 17 582,7 hektar sahədə taxıl əkilib. Bunun 16 946,5 hektarını payızlıq, 636,2 hektarını isə yazlıq əkinlər təşkil edib. Əkin sahələrinin 8 275,8 hektarında buğda, 9 306,9 hektarında isə arpa yetişdirilib.

Biçin nəticəsində ümumilikdə 37 648,8 ton məhsul əldə olunub. Bu məhsulun 18 136,9 tonu buğda, 19 511,9 tonu isə arpa olub. Muxtar respublika üzrə orta məhsuldarlıq 25,1 sentner/hektar təşkil edib. Ən yüksək məhsuldarlıq göstəricisi 36,8 sentner/hektar Sədərək rayonunda qeydə alınıb. Bu il Naxçıvanda taxıl əkininə görə 5 512 fermerə ümumilikdə 3,7 milyon manatdan çox subsidiya ödənilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində mövsümün nəticələri və qarşıdan gələn əkin dövrünə hazırlıqla bağlı keçirilən iclasda komissiya yaradılıb. Yeni yaradılmış komissiya payızlıq əkinlərin proqnozlaşdırılması, istehsalçıların kənd təsərrüfatı texnikası, mineral gübrələr, pestisidlər və digər istehsal vasitələrinə olan tələbatının öyrənilməsi, aqrotexniki tədbirlərin vaxtında və düzgün şəkildə həyata keçirilməsi, eləcə də Naxçıvanın torpaq-iqlim şəraitinə uyğun toxum sortları ilə təminat işlərini tənzimləyəcək. Bununla yanaşı, suvarma işlərinin səmərəli təşkili və əkinlərin optimal müddətdə aparılması da komissiyanın əsas fəaliyyət istiqamətləri sırasında yer alır. Komissiyanın fəaliyyəti çərçivəsində görüşlər keçiriləcək, əkin prosesinin gedişi ilə bağlı operativ və məqsədyönlü tədbirlərin icrası təmin ediləcək.

Əvvəlki Yazı

Google 2026-cı ildən APK quraşdırılmasını qadağan edir.

Növbəti Yazı

Samir Vəliyev: Vaşinqton razılaşmaları regionu sülh və əməkdaşlıq məkanına çevirəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.