Sentyabr 12, 2025-7:07
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Azərbaycanda faydalı qazıntı yatağı 71 min manata özəlləşdirildi

Ötən gün keçirilən hərracda “Qasımbəyli” qum-çınqıl yatağı özəlləşdirilib.

Teleqraf Əmlak Məslələri Dövlət Xidmətindən Teleqraf-a verilən məlumat görə, qalib “Elit-S” MMC olub.

Yataq hərracda 71 min manata satılıb. Xatırladaq ki, hərracda ilkin qiyməti 58 min manat təşkil edirdi.

Qeyd edək ki, Ağsu rayonunda yerləşən “Qasımbəyli” qum-çınqıl yatağı 29 hektar ərazidə yerləşir, həcmi isə 580 000 kubmetr təşkil edir.