Aİ ölkələri parçalanıb və Qəzzada baş verən fəlakətə görə İsrailə qarşı ən yüngül sanksiyaları belə qəbul etməyə hazır deyillər. Bunu Kopenhagendə Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə Avropa diplomatiyasının rəhbəri Kaja Kallas deyib.
“İsrailə qarşı sanksiyalarla bağlı o qədər də optimist deyiləm, çünki hətta Avropa Komissiyasının çox yumşaq təkliflərində, məsələn, İsraili [Aİ-nin tədqiqat proqramı] Horizon-dan kənarlaşdırmaq kimi, bizim heç bir kompromisimiz yoxdur. Bu gün mütləq heç bir qərar qəbul etməyəcəyik. Bu, bölünmüş olduğumuza və yekdilliklə danışmadığımıza işarədir”, – Kallas etiraf edib. (Tass)