Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və pakistanlı həmkarı İshaq Dar Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüş keçirib və diplomatik münasibətlər qurmaq qərarını açıqlayıb. Bu barədə Respublika Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Həmsöhbətlər Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması qərarını məmnunluqla qeyd ediblər və ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər”, – məlumatda deyilir.
O, həmçinin qeyd edir ki, “regional hadisələrə toxunan Ararat Mirzoyan Ermənistan Respublikasının Cənubi Qafqazda sabit sülhün bərqərar olması üzrə səylərini təqdim edib və bu kontekstdə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olduğunu vurğulayıb”. (Tass)