Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bir sıra regional məsələləri, xüsusilə Yaxın Şərq, Şimali Afrika və Qafqazı müzakirə edib.
“Bizim diqqətimiz həm də Yaxın Şərq, Şimali Afrika və Transqafqaz kimi ümumi maraq kəsb edən mövzulara yönəlib. Bütün bu sahələrdə Rusiya-Türkiyə əməkdaşlığı köklü, konkret, faydalı və deyərdim ki, güvənlidir”, – Putin bildirib. (Tass)