Yunanıstan Kiyevə hərbi əsaslarla təhlükəsizlik zəmanətlərinin verilməsində iştirak etməyi planlaşdırmır. Bu barədə Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis Yunanıstanın Real News qəzetinə müsahibəsində bildirib.
“Biz beynəlxalq forumlarda Ukraynanı dəstəkləməyə davam edəcəyik və humanitar və inkişaf yardımının göstərilməsində fəal iştirak edəcəyik, lakin təhlükəsizlik zəmanətlərinin verilməsində hərbi iştirak etmək niyyətində deyilik”, – Gerapetritis bildirib.
O, həmçinin qeyd edib ki, Yunanıstan Ukrayna məsələsində beynəlxalq hüququn lehinə prinsipial mövqe tutur. Xarici İşlər Nazirliyinin rəhbəri bunu belə bir mövqenin Yunanıstanın “milli hüquqları üçün tamamilə faydalı olması” ilə əsaslandırıb. “Sadəlövhcəsinə və təhlükəli şəkildə bizim ardıcıl mövqeyimizi səhv hesab edənlər bilməlidirlər ki, əgər biz beynəlxalq hüququn universal üstünlüyü mövqeyindən kənar siyasət sferasında müvəqqəti sövdələşmələrin xeyrinə yayınsaq, öz milli məsələlərimizdə beynəlxalq hüquqa müraciət zəif olacaq”, – Gerapetritis izah edib.
Yunanıstan ardıcıl olaraq Türkiyəni Egey dənizindəki mübahisələri, o cümlədən müstəsna iqtisadi zonaların müəyyənləşdirilməsini beynəlxalq hüquq əsasında həll etməyə çağırıb. (Tass)