Litvanın Zoknyai aviabazasında rotasiya qaydasında yerləşdirilən NATO qırıcıları avqustda Rusiya hərbi təyyarələrini Baltikyanı respublikanın hava sərhədləri yaxınlığında doqquz dəfə müşayiət edib, Litvanın Müdafiə Nazirliyi bildirib.
“Ötən ay avqustun 8-də ilk müşayiət uçuşu həyata keçirilib. Sonra hər həftə ərzində qırıcılar bu məqsədlə 2-3 dəfə havaya qalxıblar”, – məlumatda deyilir.
Avqustun əvvəlindən Litva aviabazasında dörd Eurofighter Typhoon və dörd Gripen qırıcısı olan İspaniya və Macarıstan Hərbi Hava Qüvvələrinin kontingenti rotasiya əsasında yerləşdirilib. İspan pilotları üçün bu, Litvada doqquzuncu, macarlar üçün isə dördüncü missiyadır.
Hava müşayiəti proseduru müntəzəm nəzarət tədbiridir. NATO qüvvələri 2025-ci ilin mayında 22, iyunda 21, iyulda isə 11 dəfə ona müraciət edib.(Tass)