İsrailin Qəzza zolağına irimiqyaslı zərbələri Fələstinin radikal HƏMAS hərəkatının yəhudi dövlətinə qarşı həyata keçirdiyi hücuma qeyri-mütənasib cavabdır. Bunu Birləşmiş Ərəb Əmirlikləri prezidentinin müşaviri Ənvər Qarqaş deyib.
“İsrailin 7 oktyabr hücumuna cavabı qeyri-mütənasibdir. Döyüşləri dayandırmaq, Qəzzada iztirabları dayandırmaq və bütün girovları azad etmək lazımdır”, – Qarqaş Əbu-Dabidə keçirilən Dünya Siyasəti Konfransında bildirib.
Prezidentin müşaviri qeyd dibi ki, HƏMAS yaraqlılarının girov götürməsi, dinc sakinlərin öldürülməsi və İsrailin Qəzza zolağına mülki itkilərlə müşayiət olunan zərbələri münaqişənin diplomatik həllinə yer qoymayıb, həm də onun bütün bölgəyə yayılması təhlükəsi yaradıb. “Qəzzaya hücumlar nə qədər uzun davam edərsə, girovlar bir o qədər uzun müddət saxlanılarsa, münaqişənin genişlənmə ehtimalı bir o qədər yüksək olar”, o vurğulayıb. (Tass)