Bölgədə vəziyyətin pisləşməsi fonunda Ankaranın Tel-Əvivdəki səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarı Türkiyə rəhbərliyini Fələstinin HƏMAS hərəkatının radikallarını dəstəkləməyə bir addım da yaxınlaşdırır. Bu barədə İsrail Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“İsrail dövləti İŞİD-dən də betər bir terror təşkilatı tərəfindən ona tətbiq edilən müdafiə müharibəsi apararkən Türkiyə hökumətinin səfiri məsləhətləşmələr üçün geri qaytarmaq qərarı, Türkiyə prezidentinin HƏMAS terror təşkilatının tərəfini tutmaq üçün növbəti addımıdır”, – XİN-dən bildiriblər. (Tass)