Sentyabr 15, 2025-18:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

ŞƏT-də iştirak Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırmasına töhfə verəcək – Deputat

2025:09:01 - 17:38
in SİYASƏT, MÜSAHİBƏ, MANŞET
A A

Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) artan iştirak Azərbaycana yalnız regional deyil, qlobal məsələlərdə də öz səsini çatdırmaq imkanı verəcək və ölkənin beynəlxalq aləmdə nüfuzunun artırılmasına töhfə verəcək.

Bunu Yurd.Media-ya Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Onun sözlərinə görə, hazırda dialoq tərəfdaşı statusuna malik olan Azərbaycan, müşahidəçi statusu almaq üçün aktiv addımlar atmaqda və bu istiqamətdə beynəlxalq dəstək qazanmaqdadır:

“Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna malikdir, lakin rəsmi olaraq müşahidəçi status almaq üçün müraciət edib. Bu istiqamətdə əldə olunan dəstək diqqət çəkicidir – Çin Prezidenti Si Cinpin Azərbaycanın ŞƏT-ə qoşulmasını dəstəklədiyini açıq şəkildə bəyan edib. Eyni zamanda, Qazaxıstan Prezidenti 2024-cü ildə qeyd edib ki, Azərbaycan yaxın zamanda ŞƏT-ə tam üzv ola bilər. Lakin Hindistan bu prosesdə maneçilik törədə bilər. Azərbaycan Pakistan münasibətləri Hindistanı narahat edir və bu damüəyyən maneələrə səbəb ola bilər”.

 

Milli Məclisin deputatı Naqif Həmzəyev

 

Deputat qeyd edib ki, müşahidəçi statusu Azərbaycan üçün ŞƏT-in qərar qəbul etmə proseslərində daha fəal iştirak etmək, regional təhlükəsizlik və iqtisadi məsələlərdə öz mövqeyini ifadə etmək imkanları yaradacaq:

“Azərbaycanın ŞƏT-ə inteqrasiyası ölkənin geosiyasi çoxşaxələndirilməsi strategiyasının vacib elementi kimi dəyərləndirilə bilər. Bu addım Azərbaycana Avrasiya regionunda daha geniş təsir imkanları verəcək və ölkənin xarici siyasət prioritetlərinin həyata keçirilməsinə kömək edəcək.

ŞƏT-də artan iştirak həm də Azərbaycanın regional liderliklə bağlı ambisiyalarının reallaşdırılmasında mühüm rol oynayacaq. Təşkilatın üzvləri arasında iqtisadi, siyasi və mədəni əlaqələrin gücləndirilməsi Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək”.

Onun sözlərinə görə, Azərbaycanın ŞƏT-də müşahidəçi statusu almaq istiqamətindəki səyləri və bu platformada genişlənən əməkdaşlıq imkanları ölkənin uzunmüddətli strateji maraqlarına uyğundur:

“İqtisadi diversifikasiya, texnoloji innovasiyalar, regional təhlükəsizlik və beynəlxalq əməkdaşlıq sahələrində əldə ediləcək nailiyyətlər Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacaq.

ŞƏT-də artan iştirak Azərbaycana yalnız regional deyil, qlobal məsələlərdə də öz səsini çatdırmaq imkanı verəcək və ölkənin beynəlxalq aləmdə nüfuzunun artırılmasına töhfə verəcək”.

Cavid Zahidoğlu

Əvvəlki Yazı

BDU-nun kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Növbəti Yazı

Hafiz Paşayev: “Azərbaycan texnoloji tərəqqiyə doğru aktiv şəkildə irəliləyir”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.