Çad Qəzza zolağındakı münaqişə ilə əlaqədar İsraildəki müvəqqəti işlər vəkilini məsləhətləşmələr üçün geri çağırıb.Bu barədə şənbə günü Alwihda Info portalı ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
“Çad günahsız mülki insanların həlak olmasını pisləyir və Fələstin probleminin qalıcı həllinə aparan atəşkəsə çağırır. Nəticədə İsraildəki müvəqqəti işlər vəkilinin məsləhətləşmələr üçün geri çağırılması barədə qərar qəbul edilib”, – nazirlik bildirib.
Bundan əvvəl Bəhreyn, İordaniya, Kolumbiya, Türkiyə, Çili İsraildəki səfirlərini geri çağırıb, Boliviya isə Təl-Əvivlə diplomatik münasibətləri dayandırıb. (Tass)