İyun 17, 2026-11:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycanlı bəstəkarın yeni əsəri Almaniya auditoriyasına təqdim olunub

2025:09:04 - 14:54
in MƏDƏNİYYƏT
A A

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyada yaşayan azərbaycanlı bəstəkar Xədicə Zeynalovanın “Heinrix və Leyla” adlı simfonik əsəri Detmold şəhərində yerləşən Christuskirche abidə zalında ifa olunub.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan və Almaniya arasında dostluq münasibətlərinin 200 illik tarixinə həsr olunan konsert proqramında beynəlmiləl tərkibli “Bridge of Sound” orkestri çıxış edib. Dirijor Fərhad Qarayusiflinin rəhbərliyi ilə səsləndirilən əsər Şərq və Qərb musiqisinin unikal sintezini yaradaraq tamaşaçılara dərin təsir bağışlayıb. 12 hissədən ibarət olan “Heinrix və Leyla” əsərində Avropa klassik orkestr alətləri ilə yanaşı, Azərbaycan muğam elementlərinə geniş yer verilib. Əsər musiqinin dili ilə milli irsimizin zənginliyini beynəlxalq auditoriyaya çatdıraraq, xalqlar arasında mədəni körpü rolunu oynayıb.

Bəstəkar Xədicə Zeynalova əsərin yaranma tarixindən, musiqidə əks olunan hadisələrdən və Azərbaycan-Alman dostluğunun tarixi köklərindən danışıb.

Almaniyalı tədqiqatçı Mayk Flek bu layihəyə görə müəllifə təşəkkürünü bildirib və layihəni iki xalq arasında mədəni dialoqun mühüm nümunəsi kimi dəyərləndirib.

Qeyd edək ki, uzun illərdir Almaniyada yaşayan və fəaliyyət göstərən bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Almaniya “Bridge of Sound” orkestrinin bədii rəhbəri, eyniadlı cəmiyyətin yaradıcısı və sədri Xədicə Zeynalova Almaniyanın Mədəniyyət Nazirliyinin 2024-cü ilin ən yaxşı bəstəkarı adına və “Artist in Residence” nominasiyasına layiq görülüb. Almaniyada “Harmony of sound” adlı Beynəlxalq Musiqi Festivalının yaradıcısı və bədii rəhbəri olan soydaşımız Detmold Konservatoriyasının və Paderborn Universitetinin dosenti, Almaniya, Hollandiya, İngiltərə, Azərbaycan və Yaponiyada çap edilən sayca 40-dan çox elmi kitab, əsər və dərsliklərin müəllifidir. Xədicə Zeynalova Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Nizami” adına medalına, “Diaspor fəaliyyətində xidmətə görə” medalına layiq görülüb.

Əvvəlki Yazı

Azərbaycan və Türkiyə enerji sahəsində əməkdaşlığın növbəti addımlarını müəyyənləşdirib

Növbəti Yazı

Taleh Kazımov: “Gördüyümüz tədbirlər müsbət nəticələr verir”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.