Ukrayna bu qış Rusiya ərazisinə iri pilotsuz təyyarə hücumu təşkil etməyi planlaşdırır. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin briqada generalı Sergey Baranov “ The Independent” qəzetinə müsahibəsində bildirib.
Nəşr onun sözlərindən sitat gətirir: “Biz döyüşlərin daha statik olacağı bir vaxtda ruslara sarsıdıcı zərbə vurmaq üçün dronlardan istifadə etmək niyyətindəyik.
Baranov iddia edir ki, Krım və Rusiyanın sərhəd bölgələri yeni hava bombardmanları ilə üzləşəcək. (Tass)