İsrailin Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatları, əməliyyat 2024-cü ilin sonuna qədər tamamlanarsa, ən optimist hesablamalara görə, 200 milyard şekelə (təxminən 51 milyard dollar) başa gələcək. Bu barədə İsrailin “Calcalist” iqtisadi qəzeti İsrail Maliyyə Nazirliyinin ilkin məlumatlarına istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Livan Hizbullah hərəkatının, İranın və ya Yəmənin tam iştirakı olmadan hərbi əməliyyatların daha 8-12 ay davam etməsi və Qəzza zolağı ilə məhdudlaşması şərti ilə bu cür xərclər İsrailin il ərzində ÜDM-nin təxminən 10%-ni təşkil edəcək. İsrail Müdafiə Qüvvələrində xidmətə çağırılan ehtiyatda olan əsgərlər tezliklə öz işlərinə qayıda biləcəklər. Nəşr göstərir ki, Maliyyə Nazirliyi bu qiymətləndirməni optimist kimi xarakterizə edir. Calcalist xatırladır ki, İsraildə pandemiya ilə bağlı hökumət xərcləri təxminən 160 milyard şekel təşkil edib. (Tass)