Qəzza zolağında telefon rabitəsi və internet yenidən fəaliyyətini dayandırıb. Bu barədə Fələstinin “Paltel” provayderi məlumat yayıb.
Provayderin Facebook səhifəsində dərc edilən bildirişdə deyilir: “Biz Qəzza zolağında bütün rabitə xidmətlərinin və internetə çıxışın tamamilə dayandırıldığını elan edirik, çünki əvvəllər bərpa edilmiş əsas marşrutlar İsrail tərəfində yenidən kəsilib”. (Tass)