Radikal HƏMAS hərəkatı BMT baş katibini Qəzza zolağında xəstəxanaların yoxlanılması üçün beynəlxalq komitə yaratmağa çağırıb. Bu barədə hərəkatın Telegram kanalında yerləşdirilmiş bəyanatında deyilir.
“Biz BMT-nin baş katibi Antonio Quterreşi işğalçı hakimiyyət orqanlarının sığınacaq kimi istifadə edildiyinə dair yalan xəbərini yoxlamaq üçün Qəzza zolağındakı xəstəxanalara baş çəkmək və beynəlxalq komitə yaratmağa çağırırıq”, – Həmas nümayəndəsi bildirib.
Hərəkat İsrail ordusu sözçünün Qəzzadakı xəstəxanalarla bağlı dediklərini yalan adlandırıb.
“O, Qəzza zolağının şimalında yerləşən İndoneziya xəstəxanasına və Qətər xəstəxanasına hücum etmək hədəsini belə əsaslandırmağa çalışdı ki, HƏMAS onların altında tunellər inşa edib və onlardan raket atmaq üçün örtük kimi istifadə edir. Bu, haqq qazandırmaq üçün hazırlanmış yalandan başqa bir şey deyil. Onlar [İsrail] Qəzzada dinc sakinlərə, yaralılara və xəstəxana xəstələrinə qarşı davam edən cinayətlərdir”, – HƏMAS vurğulayır.