İyun 16, 2026-1:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Təhsilin İnkişafı Forumu bu il “Təhsildən gələcəyə” konsepti ilə keçiriləcək

2025:09:09 - 16:53
in SOSİAL
A A

Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Təhsilin İnkişafı Fondu və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə noyabrın 14-də Təhsilin İnkişafı Forumu 2025” tədbiri keçiriləcək.

Bu barədə AZƏRTAC-a Təhsilin İnkişafı Fondundan məlumat verilib.

Artıq üçüncü ildir təşkil olunan Forum ilk dəfə 2023-cü ildə “Təhsildən tərəqqiyə”, 2024-cü ildə isə “Tərəfdaşlıqdan tərəqqiyə” devizi altında reallaşıb. Ötən illər ərzində Forum təhsil ekosistemində innovativ yanaşmaların müzakirəsi, universitet-sənaye əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib.

Təhsilin, texnologiyanın və iqtisadiyyatın inteqrasiyasına həsr olunmuş Təhsilin İnkişafı Forumu bu il “Təhsildən gələcəyə” konsept mesajı ilə keçiriləcək. Forum çərçivəsində rəqəmsallaşmanın təhsil sisteminə gətirdiyi imkanlar və çağırışlar, həmçinin dövlət-özəl sektor əməkdaşlığının yeni istiqamətləri müzakirə olunacaq.

Forumun proqramına 3 panel müzakirəsi daxil edilib. Ümumilikdə 3 məruzəçi, 3 moderator və 15 spikerin iştirakı gözlənilir. Panel çıxışçıları və məruzəçilər sırasında yerli və beynəlxalq şirkət rəhbərləri, nüfuzlu ekspertlər və qabaqcıl ali təhsil müəssisələrinin nümayəndələri yer alacaqlar. Forum beynəlxalq əməkdaşlıq və strateji tərəfdaşlığın müzakirəsi baxımından da əhəmiyyətli platforma rolunu oynayacaq.

Əvvəlki Yazı

Azərbaycanda “Fərqliliyin rəngi” adlı festival keçiriləcək

Növbəti Yazı

Azərbaycan “Visa” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.