Avqust 15, 2026-5:25
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Ötən il üzrə dövlət satınalmalarında uyğunsuzluqlar aşkarlanıb

2025:09:09 - 17:48
in İQTİSADİYYAT
A A

Ötən il Azərbaycanda dövlət satınalmalarında müqavilə qiymətləri ilə əvvəlcədən hesablanmış ehtimal olunan qiymətlər arasında kəskin fərqlər yaranıb.

“APA-Economics” bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

Belə ki, ötən il 1545 satınalma üzrə yekun protokol qiyməti ehtimal olunan qiymətdən 20-30% az olmaqla, bu müqavilələrin ümumi məbləği 533,6 milyon manat, fərq isə 172,1 milyon manat təşkil edib. 1133 satınalma üzrə bu fərq 30-40% arasında dəyişib. Fərq 111,3 milyon manat, müqavilə məbləği isə 221,4 milyon manat olub. 755 satınalma üzrə 40-50% fərq müşahidə edilib. 64,2 milyon manatlıq bu müqavilələrdə 50,8 milyon manat fərq yaranıb. Nəhayət, 796 satınalma müqaviləsində qiymət fərqi 50%-dən də çox olub. Bu müqavilələrin cəmi məbləği 42,6 milyon manat olsa da, fərq 83,4 milyon manata bərabərdir, bu isə ehtimal olunan dəyərin demək olar ki, ikiqatı qədərdir

Ötən il Azərbaycanda 2259 satınalma ləğv olunub ki, bu, bütün müsabiqə əsaslı satınalmaların 23%-i deməkdir. Bu satınalmaların ehtimal olunan dəyəri 750 milyon manat olub. Bu rəqəm baş tutmuş satınalmaların ehtimal olunan qiymətinin 14,4%-ni təşkil edir.

2024-cü ilin satınalma hesabatında bəzi hallarda 2025-ci ilin büdcə vəsaiti hesabına nəzərdə tutulmuş satınalmaların da yer aldığı müşahidə olunub ki, bu da hesabatlılıqda dəqiqlik baxımından suallar doğurur.

Əvvəlki Yazı

Hesablama Palatası Naxçıvan–Bakı avtobus biletləri ilə bağlı 1,5 mln. manatlıq pozuntu aşkarlayıb

Növbəti Yazı

“AzInTelecom” media nümayəndələri üçün təlim təşkil edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.