İyul 9, 2026-18:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycan fotoqrafları beynəlxalq uğurlara imza atır

2025:09:10 - 12:10
in MƏDƏNİYYƏT
A A

Son illərdə Azərbaycan fotoqrafiyası təkcə milli mədəniyyətimizin bir parçası kimi deyil, həm də beynəlxalq aləmdə sənət körpüsü rolunu oynayan mühüm sahələrdən birinə çevrilib. Bu prosesdə ölkənin aparıcı fototəşkilatı olan “Gilavar Foto Klubu” İctimai Birliyi xüsusi missiya daşıyır. Birlik tərəfindən Azərbaycanda foto sənətinin inkişaf etdirilməsi, fotolayihələrin, fotomüsabiqələrin, fotosərgilərin təşkili, fotoqrafların beynəlxalq arenaya çıxması, ölkəmizin tarixinin, mədəniyyətinin, arxitekturasının, təbiətinin,idmanının dünyada tanıdılması istiqamətində fəaliyyətlər həyata keçirilir.

Azərbaycan Fotoqrafiya Federasiyası “Gilavar Foto Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilmiş beynəlxalq səviyyəli fotomüsabiqələrin statistik təhlilini aparıb.

Federasiyadan AZƏRTAC-a bildirilib ki, ötən 7 il ərzində Klub tərəfindən ümumilikdə 24 fotomüsabiqə təşkil olunub. Bunlardan 5-i yerli, 19-u isə beynəlxalq səviyyəlidir. Beynəlxalq fototəşkilatların xüsusi icazələri ilə təşkil olunan müsabiqələrdə dünyanın 101 ölkəsini təmsil edən fotoqraflar iştirak edib. Orta hesabla hər müsabiqədə 65-70 ölkədən iştirak qeydə alınıb.

2020-ci ildə keçirilən bir müsabiqə rekord nəticə ilə yadda qalıb: 854 iştirakçı tərəfindən ümumilikdə 13 minə yaxın fotoşəkil təqdim edilib. 2021-ci ildə keçirilən yarışda isə dünyanın 75 ölkəsindən fotoqraflar iştirak edib. Ümumilikdə, bu fotomüsabiqələrə dünyanın müxtəlif qitələrindən 4 mindən artıq fotoqraf qatılıb. Bu müsabiqələrdəki fotoşəkillər dünyanın 16 ölkəsindən olan 44 münsif tərəfindən dəyərləndirilib.

Bu rəqəmlər sadəcə statistika deyil. Onlar Azərbaycanın mədəniyyət diplomatiyasının, yaradıcılıq potensialının və incəsənətinin dünya miqyasında qəbul olunmasının göstəriciləridir. İştirakçı ölkələrin və fotoqrafların hər il artması Azərbaycanı beynəlxalq fotoqrafiya xəritəsində mühüm mərkəzlərdən birinə çevirir.

“Gilavar Foto Klubu” İctimai Birliyi 5 il ardıcıl beynəlxalq fotomüsabiqələr təşkil etdiyinə görə dünyada UNESCO tərəfindən tanınmış yeganə fototəşkilat olan Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) tərəfindən 2 dəfə həmin təşkilatın bürünc plaketini əldə edib.

2015-ci ildən başlayaraq bu günə kimi beynəlxalq fotomüsabiqələrdə 941 mükafat əldə edilib. Onlardan 278-i medal, 422-si fəxri lent və 241-i diplom və sertifikatlardır. Əldə olunan medalların isə 145-i qızıl, 68-i gümüş və 65-i isə bürüncdür. Bu ilin sonuna kimi mükafatlarının ümumi sayının mindən artıq olacağı proqnozlaşdırılır.

Beynəlxalq fotomüsabiqələrdə ən çox mükafat qazanan Əməkdar mədəniyyət işçisi İlqar Cəfərovdur. Onun aktivində 300-dən artıq mükafat var. Valeriy Xlızov (126), Nadejda Cavadova (116), Aleksandr Firstov (89), Kərim Abbasov (55), Rəşad Mehdiyev (43) isə ən çox beynəlxalq mükafat qazanan fotoqraflar sırasındadır.

“Gilavar Foto Klubu” dünyanın 10-dan artıq aparıcı fotoqrafiya təşkilatı – Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP), Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası (IAAP), Amerika Fotoqrafiya Cəmiyyəti (PSA), Qlobal Fotoqrafiya Birliyi (GPU), Asiya Fotoqraflar Birliyi (APU), müxtəlif ölkələrin fotoklubları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıqların nəticəsində hazırda 10-dan yuxarı fotoqrafımız beynəlxalq dərəcəli fotoqraf statusuna, həmin təşkilatların fəxri adlarına layiq görülüblər.

Statistik göstəricilərdən də göründüyü kimi, Azərbaycanın fotoqrafiya mühiti son illərdə beynəlxalq inteqrasiyada böyük addımlar atıb. Hər il artan iştirakçı və ölkə sayı ölkəmizdə keçirilən fotomüsabiqələrin qlobal miqyasda tanınmasına xidmət edir. Azərbaycan Fotoqrafiya Federasiyası və “Gilavar Foto Klubu”nun fəaliyyətləri nəticəsində Azərbaycan fotoqrafiyası beynəlxalq səhnədə daha geniş auditoriya qazanmaqdadır.

Əvvəlki Yazı

“Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihə çərçivəsində hazırlanmış eyniadlı kitab işıq üzü görüb

Növbəti Yazı

İki il ərzində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tutumu 2 600 TEU-ya qədər artırılacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.