İyul 9, 2026-18:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

İki il ərzində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tutumu 2 600 TEU-ya qədər artırılacaq

2025:09:10 - 12:30
in İQTİSADİYYAT
A A
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tutumu iki il ərzində 2 600 TEU-ya qədər artırılacaq.

“Report” xəbər verir ki, bunu “Alliance Multimodal LLC.”nin baş icraçı direktoru Natiq Cəfərov Bakıda keçirilən “Qara-Xəzər dənizi yükdaşıma forumu: dəhlizlər, yüklər, infrastruktur” forumunda bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycanın həm Şərqlə, həm də Qərblə bağlantısını daha da genişləndirəcək: “Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tutumu 1 500 TEU-dur və bu göstərici iki il ərzində 2 600 TEU-ya qədər artacaq. Limanda hazırda illik 60 000 nəqliyyat vasitəsi və 100 000 vaqon emal edilə bilər”.

O qeyd edib ki, Zəngəzur dəhlizi istismara verildikdən sonra onun vasitəsilə ildə əlavə 15 milyon ton yük daşına biləcək: “Azərbaycanın nəqliyyat sahəsindəki investisiyaları ölkənin Orta Dəhliz üçün təməl yaratmaq öhdəliyini göstərir. Doğrudur, son 5 ildə logistika üçün stress testi olub. COVID-19 pandemiyası konteyner “xaos”u və rekord xərclərə səbəb oldu. Süveyş kanalının bağlanması nəticəsində dünya ticarətinin 12 %-ni dayanmışdı. Ukraynada müharibə isə əsas dəmir yolu marşrutlarının bağlanmasına səbəb olub. Pandemiyadan əvvəl Çin-Avropa tarifləri 1 800 ABŞ dollarına qədər idi, sonra böhran baş verdi. Tariflər 14 000 ABŞ dollarına qədər kəskin artdı. Daha sonra tariflər sabitləşsə də, lakin yenidən 5 000 ABŞ dollarına qədər yüksəldi”.

N.Cəfərov vurğulayıb ki, bu gün Orta Dəhliz artıq alternativ deyil: “O, qlobal ticarətin etibarlı marşrutuna çevrilir. Qlobal böhran dövründə Orta Dəhlizə tələbatın artır. Bu dəhliz dəniz marşrutundan daha qısa və sürətlidir, o cümlədən hökumətlər arasında əməkdaşlıqla dəstəklənir”.

Əvvəlki Yazı

Azərbaycan fotoqrafları beynəlxalq uğurlara imza atır

Növbəti Yazı

Bakıda və rayonlarda yağış yağacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.