İyul 9, 2026-9:17
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan alimi Qazaxıstanın dil siyasəti ilə bağlı tədqiqat aparıb

2025:09:10 - 15:00
in SOSİAL
A A

Qarabağ Universitetinin Elm şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Elçin İbrahimov beynəlxalq elmi arenada daha bir uğura imza atıb.

AZƏRTAC xəbər verir ki, onun “Postsovet Qazaxıstanda ingilis dilinin tədrisi” adlı məqaləsi dünyanın “De Gruyter Brill” nəşriyyatında, “Scopus” və “Web of Science” bazalarında indekslənmiş Q1 kvartilində yer alan jurnalda (“International Journal of the Sociology of Language”) dərc olunub.

Məqalədə postsovet dövründə Qazaxıstanda həyata keçirilən dil siyasəti və dil planlaşdırması modelləri ətraflı şəkildə təhlil olunur. Tədqiqat müəllifi ölkədə tətbiq olunan dil siyasətinin tarixi və sosial kontekstini incələyərək, bu siyasətin həm milli dilin qorunması, həm də ingilis dili tədrisinin təşkili baxımından yaratdığı imkan və məhdudiyyətləri qeyd edir.

Eyni zamanda, məqalədə məktəblərdə və ali təhsil müəssisələrində milli və ingilis dillərinin tədrisi zamanı qarşıya çıxan metodoloji çətinliklər, müəllim və tələbə perspektivlərindən ortaya çıxan sosial və pedaqoji problemlər sistemli şəkildə təhlil edilir. Tədqiqat dil siyasətinin yalnız rəsmi qərarlar və proqramlardan ibarət olmadığını, eyni zamanda, toplumun sosial-mədəni strukturu və təhsil prosesinə inteqrasiyası ilə bağlı kompleks bir təsir yaratdığını vurğulayır.

Bu araşdırma postsovet məkanında dil siyasəti və dil planlaşdırması ilə bağlı elmi düşüncənin inkişafına və mövcud təcrübələrin sistemləşdirilməsinə töhfə verir. Məqalə, həmçinin gələcək tədqiqatçılar üçün dil siyasətinin tətbiqi və tədris strategiyalarının inkişafı sahəsində yol göstərən elmi resurs kimi dəyərləndirilir.

Əvvəlki Yazı

Turizm və Menecment Universitetinin tələbələri Almaniyada yay məktəbində iştirak edirlər

Növbəti Yazı

Natiq Cəfərov: “Orta Dəhlizin imkanları çətinliklərdən daha böyükdür”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.