İyul 9, 2026-13:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə tanıdılır

2025:09:10 - 13:40
in MƏDƏNİYYƏT
A A

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan uşaq yazarı, professor Solmaz Amanovanın “İlmənin macəraları” kitabı Türkiyə türkcəsinə tərcümə edilərək Ankarada nəşr edilib.

AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan uşaq ədəbiyyatının qardaş ölkədə tanıdılması və uşaqlar arasında mədəni körpülərin qurulması məqsədilə həyata keçirilib.

Qeyd edək ki, “İlmənin macəraları” kitabı uşaqlara yazıb-oxumağı, hesablamanı öyrətməklə yanaşı, Azərbaycanın zəngin mədəniyyəti, tarixi, təsviri incəsənəti, habelə gələcək nəsillərin intellektual inkişafı üçün maraqlı mənbədir.

Əsərin baş qəhrəmanı İlmə – inadkar, ağıllı və daim öyrənməyə can atan bir uşaqdır. Onun gündəlik macəraları vasitəsilə oxucular müxtəlif dəyərlərlə tanış olur və həyatı kəşf edir.

Kitabda dostluq, dürüstlük, mərhəmət, ailə sevgisi kimi insani dəyərlər sadə, uşaqların anlayacağı dildə təqdim olunur. Rəngarəng illüstrasiyalar isə balaca oxucuların təxəyyülünü canlandırır, hekayələri daha da yaddaqalan edir.

“İlmənin macəraları” kitabı Türkiyə türkcəsinə tərcüməçi, pedaqoq, Konya Selcuq Universitetinin dosenti Təranə Həşimova tərəfindən çevrilib.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, nəşrin Türkiyənin xalq, uşaq kitabxanalarına, aparıcı məktəblərin kitabxanalarına hədiyyə edilməsi nəzərdə tutulur.

Əvvəlki Yazı

AMEA-da Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş müşavirə keçirilib

Növbəti Yazı

Payız fəsli Azərbaycana sentyabrın 22-də daxil olacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.