İyun 7, 2026-2:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Məcnun Məmmədov: “Azad olunmuş ərazilərdə selləmə suvarma qadağan ediləcək”

2025:09:11 - 11:28
in İQTİSADİYYAT
A A

Su ehtiyatlarının azalması və quraqlıqlar kənd təsərrüfatında suyun qənaətli istifadəsini zəruri edir.

“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week” çərçivəsində təşkil olunan “Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər” adlı panel müzakirələrində bildirib.

Bununla bağlı, nazirin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə selləmə suvarma tamamilə qadağan olunacaq:

“Bu, gələcəkdə Azərbaycanda selləmə suvarmanın ölkə üzrə mərhələli şəkildə dayandırılması istiqamətində ilk addım olacaq. Biz müasir suvarma sistemlərinin geniş tətbiqi ilə həm suya qənaət etməli, həm də məhsuldarlığı artırmalıyıq”.

M. Məmmədov qeyd edib ki, dünyada kənd təsərrüfatı su ehtiyatlarının təxminən 70 %-dən istifadə edir, Azərbaycanda isə bu göstərici daha yüksəkdir:

“Ölkənin su ehtiyatlarının 70 %-dən çoxu sərhədlərimizdən kənarda formalaşır. 2023-cü ildə baş verən quraqlıq nəticəsində 178 min hektar, yəni dəmyə sahələrinin üçdə biri məhv olub. Bu, bizim üçün ciddi siqnaldır”.

Nazirin sözlərinə görə, hazırda Azərbaycanda 1,4 milyon hektar suvarılan sahə var, lakin onların yalnız 10-11 %-i müasir suvarma sistemləri ilə təmin olunub:

“Son 6 ildə cəmi 4 min hektardan bir qədər çox sahə müasir suvarmaya keçirilib. Amma təkcə bu ilin ilk yarısında 2 min hektardan çox sahədə yeni sistemlər tətbiq olunub. Dövlət fermerlərə ciddi dəstək verir – avadanlıqların dəyərinin 80 %-ə qədəri dövlət tərəfindən maliyyələşdirilir. Bu, dünyada nadir tətbiq olunan bir mexanizmdir”.

M. Məmmədov əlavə edib ki, bu ildən etibarən yerli istehsal olan müasir suvarma avadanlıqlarının subsidiyalaşdırma səviyyəsi 60 %-ə qaldırılacaq:

“Bununla həm fermerlər üçün əlçatanlığı artırmaq, həm də ölkədə istehsal potensialını və yeni iş yerlərini genişləndirmək istəyirik”.

Əvvəlki Yazı

72 mindən çox müəllimin əməkhaqqısına əlavələr ediləcək

Növbəti Yazı

Orban: Von der Leyen militarizminə görə vəzifəsini tərk etməlidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.