“Ədəbiyyat tədrisdə daha geniş yer almalıdır”.
APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Elnarə Akimova deyib.
Deputat bildirib ki, növbəti payız sessiyasında “Ali təhsil haqqında” qanuna ediləcək dəyişikliklər müzakirə olunarkən xüsusilə bir məqama diqqət yetirilməsini istəyir: “Əgər biz Nizaminin, Füzulinin, Əli bəy Hüseynzadənin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, eləcə də müasir dövrün yazıçılarının əsərlərini gənclərimizə daha dərindən öyrədə bilsək, onların milli kimlik şüurunu gücləndirə, dünyagörüşlərini zənginləşdirə bilərik. Bu gün kosmopolit ruhlu bir gənclik yetişir. Azərbaycan dilinə və ədəbiyyatına yad, biganə şüurla formalaşırlar. Artıq Azərbaycan dilinin aqibəti, Azərbaycan ədəbiyyatına olan münasibət bizi narahat etməlidir”.
