Sentyabr 16, 2025-4:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Kino Agentliyində “Boşluğa xütbə” filminin yaradıcı heyəti ilə görüş keçirilib

2025:09:12 - 14:42
in MƏDƏNİYYƏT
A A

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin baş ofisində “Boşluğa xütbə” filminin yaradıcı heyəti ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı “Boşluğa xütbə” filminin Venesiya Beynəlxalq Film Festivalındakı uğurları və filmin beynəlxalq səviyyədə yaratdığı maraq müzakirə edilib. Eyni zamanda gələcək əməkdaşlıq imkanları və Azərbaycan kinematoqrafiyasının beynəlxalq aləmdə tanıdılması istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda filmin rejissoru Hilal Baydarova Azərbaycan kinematoqrafiyasının inkişafına verdiyi töhfələrə görə təşəkkürnamə təqdim edilib.

Qeyd edək ki, 82-ci Venesiya Beynəlxalq Film Festivalının “Müsabiqədənkənar bədii filmlər” (Out of Competition Fiction) bölməsində tanınmış azərbaycanlı rejissor Hilal Baydarovun “Boşluğa xütbə” (Sermon to the Void) filminin təqdimatı olub. Ekran əsəri mütəxəssislər və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Azərbaycan ədəbiyyatının, təfəkkür tərzinin, folklorunun dünyada təqdimatı baxımından film böyük əhəmiyyət kəsb edir. Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin yaradıcılığı üzərində qurulan filmdə sevgililərin dirilik suyunu axtarması, əslində, insanın daxilindəki məni axtarması kimi mənalandırılır.

Filmin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcan, prodüseri Orxan Fikrətoğludur. Azərbaycan, Meksika və Türkiyə kinematoqrafçılarının ortaq işi olan filmdə əsas rolları Hüseyn Nəsirov, Məryəm Nağıyeva, Rəna Əsgərova, Elşən Abbasov, Orxan İsgəndərli oynayıblar.

Əvvəlki Yazı

Azərbaycan muzeylərinin nadir eksponatları: Dünyada ilk uzunmüddətli ağrıkəsici preparat – “Analgezin”

Növbəti Yazı

Yeni musiqi əsəri – “Zəngəzur mahnısı” ictimaiyyətə təqdim olunub 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.