Sentyabr 16, 2025-13:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Qərbi Azərbaycan İcması ilə bağlı yayılan yanlış məlumatlara aydınlıq gətirilib

2025:09:15 - 17:11
in SİYASƏT
A A

Bu gün bir sıra media orqanlarında Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycan TV ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar dərc edilib. Təəssüf ki, həmin yazılarda ictimaiyyət arasında yanlış təsəvvür formalaşdırmağa yönəlmiş ifadələrə yer verilib.

Qərbi Azərbaycan İcmasından AZƏRTAC-a bildirilib ki, məqalələrdə adı çəkilən “Qərbi Azərbaycan İcması (TV)” adlı heç bir təşkilat mövcud deyil. Burada məqsədli şəkildə adın təhrif edilməsi ilə İcmaya bağlı olmayan səhifələr üzərindən çaşqınlıq yaratmağa cəhd göstərilib.

Qeyd olunub ki, Qərbi Azərbaycan TV yayımlarında yalnız İcmanın rəsmi loqosundan istifadə edir. Bununla belə, sosial şəbəkələrdə eyni adda, lakin rəsmi status daşımayan səhifələr mövcuddur. Təəssüf ki, bəzi saytlar mənbəni dəqiqləşdirmədən həmin səhifələrin paylaşımlarını əsas götürərək ictimaiyyəti yanlış məlumatlandırıb.

“Qərbi Azərbaycan İcmasının belə süni münaqişələrə cəlb olunmasını yolverilməz hesab edirik. Bu cür addımlar həm ictimai rəyə zərər vurur, həm də milli maraqlarımıza xələl gətirir. Ona görə də media qurumlarını məsuliyyətli olmağa, milli maraqlara zidd olan təhriflərdən və yanlış təqdimatlardan çəkinməyə çağırırıq”, – deyə açıqlamada vurğulanıb.

Qərbi Azərbaycan İcmasının mövqeyi bir daha diqqətə çatdırılıb: milli birliyimizi zəiflədən və məqsədli şəkildə qarışıqlıq yaradan hər hansı addım qətiyyətlə pislənilir.

Rəsmi məlumat və xəbərlər yalnız Qərbi Azərbaycan İcmasının təsdiqlədiyi kanallar və səhifələr vasitəsilə yayılır.

Əvvəlki Yazı

Putin Rusiyada təhlükəli infeksiyaların yayılması riskini minimuma endirməyə çağırıb

Növbəti Yazı

Azərbaycan neft koksunun ixracından qazancını 3 dəfə artırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.