İsrailin Qətərin paytaxtında HƏMAS rəhbər üzvlərinə zərbə endirməsi hər kəsə sübut etdi ki, heç bir ölkə İsrailin təcavüzündən sığortalanmayıb. Bunu Dohada Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının fövqəladə sammitində çıxışı zamanı İran prezidenti Məsud Pezeşkian deyib.
“Qətərə hücum göstərdi ki, heç bir ərəb və ya islam ölkəsi bundan sığortalanmayıb. Gələcəkdə istənilən paytaxt İsrail tərəfindən hücuma məruz qala bilər”. (Tass)