İsrailin baş naziri Benyamin Netanyahu radikal HƏMAS hərəkatını məğlub etmək məqsədi ilə Qəzza şəhərinə kütləvi hücumun başladığını təsdiqləyib.
Ynet portalı xəbər verir ki, o, bu barədə korrupsiya işi üzrə məhkəmədə ifadə verməzdən əvvəl açıqlama verib.
“Biz Qəzzada intensiv əməliyyata başladıq” deyən baş nazir, bu şərtlərə görə iş qrafikinin sıx olduğunu əsas gətirərək, onun iştirakı ilə keçirilən müntəzəm dinləmələrin təxirə salınmasını istəyib. (Tass)
