İyun 29, 2026-0:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Müştərilərimə sertifikat yox, gətirdiyim kitablar lazımdır” – Nigar Köçərli

2025:09:17 - 17:53
in SOSİAL
A A
“Bizə bildirilib ki, ölkəyə gətirilən kitabların gömrükdən keçirilməsi üçün Səhiyyə Nazirliyinin “Sanitariya-Karantin” mərkəzindən sertifikat alın. Əvvəllər o sertifikasitın qiyməti 100-150 azn idisə, son 2-3 ayda 300 azn-ədək artırılıb. Qeyd olunan bu məbləğə gömrük xərcləri də daxil edilməyib. Həmçinin kitablardan 3-nü özlərində saxlayıblar. Mənə sertifikatdan çox gətirdiyim kitablar lazımdır, müştəri məndən kitab istəyir”.

Yurd.Media xəbər verir ki, bu fikirləri “İctimai TV”-yə açıqlamasında sahibkar Nigar Köçərli deyib.

Məsələ ilə bağlı Respublika Sanitariya-Karantin Mərkəzindən isə bildirilib ki, “Ali və Nino” MMC yayım evindən ölkəyə idxal olunan poliqrafiya məhsullarına gigiyenik sertifikatının verilməsi üçün mərkəzə müraciət daxil olub: “İdxal olunan məhsullardan nümunələr götürülərək, laborator müayinəyə cəlb olunub. Nümunələrdə aparılan laborator analizdərdən sonra fiziki-kimyəvi toksikoloji və mikro-bioloji çirklənməyə məruz qalmaqla orijinal fiziki və kimyəvi xüsusiyyətlərini itirdiyi üçün istifadəyə yararsız hesab olunur. Kitabların geri qaytarılmaması ilə bağlı vurğulanıb ki, sınaq və kolibrləşə laboratoriyalarının səlahiyyətliliyinə və ümimi tələb standartına əsasən, laboratoriyada nümunələrin saxlanması, müəyyən müddət qorunması və məhv edilməsi prosedurları mövcuddur. Əgər nümunə çirklənibsə və ya ilkin vəziyyətini dəyişibsə, müştəriyə qaytarılmır”.

Dövlət Gömrük Komitəsindən  edilən açıqlamada deyilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 iyun tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid mallar”ın vahid siyahısına uyğun olaraq poliqrafiya məhsullarının ölkəyə idxalına gigiyenik sertifikat tələb olunur: “Sertifikat təqdim edildikdən sonra gömrük rəsmiləşdirilməsi həyata keçirilməklə idxal olunan mallar təhvil götürülə bilər”.

Məsələnin hüququ izahı ilə bağlı hüquqşünas Rövşən Mərəndski bunları qeyd edib: “Həmin standartlara uyğun olaraq sınaq və kolibrlənmə obyektinin istifadəsi, daşınması, saxlanması, sınaq və kolibrlənməyə hazırlanması zamanı laboratoriya tərəfindən onların xassələrinin korlanmasının, çirklənməsinin, itirilməsinin və zədələnməsinin qarşısının alınması məqsədilə ehtiyat tədbirləri görülməlidir. Daxili istehsal olunan məhsullara və idxal məhsullarına gigiyenik sertifikatının verilməsi üçün inzibati reqlament yalnız yeyinti məhsullarına aiddir. Həmin reqlamentin 3.5 maddəsində qeyd olunur ki, tərəflər arasında mübahisə yarandığı halda məhkəməyə müraciət edə bilərlər”.

Əvvəlki Yazı

Səfir: Azərbaycan və Pakistan ticarət dövriyyəsinin artması üçün reyslərin sayını artıracaq

Növbəti Yazı

Azərbaycanda ötən il 1 milyard manatdan çox vergi “zorla yığılıb”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.