Ukrayna hakimiyyəti ölkənin müdafiə müəssisələri ilə bağlı reyestrlərdəki məlumatlara sərbəst çıxışı məhdudlaşdırmaq qərarına gəlib. Bu barədə Ali Radanın Teleqram kanalında məlumat verilib.
“Volodimir Zelenski “Ukraynanın Mülki Məcəlləsinə və Ukraynanın bəzi digər qanunlarına dövlət elektron reyestrlərindən məlumatların verilməsinin xüsusiyyətləri ilə bağlı dəyişikliklər edilməsi haqqında” qanunu imzalayıb”, – deyə məlumatda bildirilir. Sənəd “müdafiə müəssisələrinin fəaliyyəti, onların yerləşdiyi yerlər, onlara məxsus daşınmaz əmlak, milli təhlükəsizlik və müdafiə ilə bağlı əqli mülkiyyətlə bağlı reyestrlərdə məlumatların sərbəst əldə edilməsini məhdudlaşdırır”.
Bu dəyişikliklər hərbi vəziyyətin qüvvədə olduğu müddətə və onun ləğvindən sonra bir il müddətinə tətbiq ediləcək. (Tass)
