Ukrayna və Polşa pilotsuz uçuş sistemləri üzrə birgə əməliyyat qrupu yaratmaq barədə razılığa gəliblər. Bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıxal Polşanın müdafiə naziri ilə keçirdiyi brifinqdə bildirib.
“İHA qrupuna Ukrayna və Polşa silahlı qüvvələrinin nümayəndələri daxil olacaq. Bu qrup birgə təşəbbüslərin əlaqələndirilməsi və inkişafı platformasına çevriləcək. Biz ən son müdafiə texnologiyalarını birləşdirəcək və insanların və mühüm infrastrukturun mühafizəsini gücləndirəcək yeni layihələrə start verəcəyik”, – Şmihal qeyd edib.
Onun sözlərinə görə, birgə əməliyyat qrupunun mərkəzi elementi birgə təlim proqramları olacaq. O, həmçinin qeyd edib ki, Kiyev və Varşava bununla da Rusiyanın guya Avropa ölkələrini təhdid edən hərəkətlərinə cavab olaraq təhlükəsizlik sahəsində əməkdaşlığı yeni səviyyəyə qaldırırlar. (TASS)
