Rusiya prezidenti Vladimir Putin miqrantlar üçün patent sistemini ləğv etməyi düşünür.
Bu barədə parlament fraksiyalarının rəhbərləri ilə görüşdə danışılıb.
“Biz miqrantlar üçün patent sisteminin ləğvi barədə düşünməliyik. O, geniş şəkildə istifadə olunur. Mən heç nəyi istisna etmirəm. Sizdən və sizin həmkarlarınızdan bunun üzərində işləməyinizi xahiş edəcəm”, – Putin “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının sədri Sergey Mironovun təklifinə cavab verib.
