İyul 4, 2026-20:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan Çinin onlayn turizm platforması ilə Anlaşma Memorandumu imzalayıb

2025:09:19 - 17:00
in İQTİSADİYYAT
A A
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) Çinin aparıcı onlayn turizm platforması “Qunar” ilə Anlaşma Memorandumu imzalayıb.

“Report” Agentliyə istinadən xəbər verir ki, sənəd 15–19 sentyabrda Pekin, Şanxay və Quançjou şəhərlərində keçiriləmiş silsilə tədbirlər çərçivəsində imzalanıb.

Bu tədbirlər çinli və azərbaycanlı turizm sənayesi nümayəndələrini bir araya gətirib.

Memoranduma əsasən, Azərbaycanın turizm potensialı “Qunar”ın geniş rəqəmsal kanalları vasitəsilə Çin bazarında birgə təbliğ ediləcək, innovativ yanaşmalar tətbiq olunaraq ölkəmizin turizm istiqaməti kimi mövqeyi daha da gücləndiriləcək.

Tədbirlər çərçivəsində ATB nümayəndələri və yerli turizm tərəfdaşları çinli şirkətlərlə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Nümayəndə heyəti, həmçinin, Azərbaycanın Çindəki Bünyad Hüseynovla səfirlikdə görüş keçirib.

“Fliggy”, “Trip.com” və “8Continents” kimi aparıcı turizm şirkətlərinin iştirakı ilə təşkil olunan işgüzar şam yeməyi 60-a yaxın Çin turizm sənayesi nümayəndəsini və 20-yə yaxın yerli turizm təmsilçisini bir araya gətirib. Silsilə tədbirlər Quançjou şəhərində keçirilən B2B görüşlərlə yekunlaşıb.

Əvvəlki Yazı

Gələn həftə Bakıda İƏT Əmək Mərkəzinin iclası keçiriləcək

Növbəti Yazı

İlk dəfə: Simonyan Bakıya gəlir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.