Fransa hökuməti hesab edir ki, Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həllinin yeganə yolu Fələstin Dövlətinin tanınmasıdır. Bu barədə Fransa prezidenti Emmanuel Makron CBS News telekanalına müsahibəsində bildirib.
“Və buna görə də, əgər biz bu müharibəni dayandırmaq istəyiriksə, radikal Fələstin hərəkatını HƏMAS-ı təcrid etmək istəyiriksə, Fələstinin tanınması prosesi və bu proseslə gedən sülh planı bunun üçün ilkin şərtdir” deyib.
Makron qeyd edib ki, HƏMAS-ın hərəkətlərini qəbul etmir, lakin indiki şəraitdə fələstinlilərin hər hansı bir real siyasi alternativinin olmadığını vurğulayıb. “Mən HƏMAS-ın gözləntilərini qəbul etmirəm, çünki onlar sadəcə olaraq İsrailin məhvi ilə məşğuldurlar, lakin mən dövlət istəyən, xalq olan çoxlu sayda fələstinlinin legitimliyini tanıyıram. Onlar millət istəyirlər, dövlət istəyirlər və biz onları HƏMAS-a doğru itələməməliyik”, – Fransa prezidenti bildirib. (Tass)
“Əgər biz onlara siyasi perspektiv və belə bir tanınma təklif etməsək, onların yeganə cavabı təhlükəsizlik axtarmaq olacaq və onlar HƏMAS-ın tələsinə düşəcəklər ki, bu da [fələstinlilər üçün] yeganə variant olacaq”, – Fransa prezidenti əlavə edib.
