Şimali Koreya lideri Kim Çen In 14-cü Ali Xalq Məclisinin 13-cü sessiyasında ölkənin hərbi sənayesini inkişaf etdirən gizli silah əldə etdiyini açıqlayıb. Bu barədə sentyabrın 22-də Koreya Mərkəzi Xəbər Agentliyi ( KCNA ) məlumat yayıb.
“Biz yeni məxfi silahlar əldə etmişik və müdafiə elmi və tədqiqatlarında mühüm irəliləyişlər əldə etmişik ki, bu da hərbi imkanlarımızda daha da köklü sıçrayışa böyük töhfə verəcək”, – nəşr qeyd edib.
Qeyd olunur ki, KXDR-in dəniz qüvvələrinin gücləndirilməsi də uğurlu alınıb. Konkret olaraq Kim Çen In yeni esmineslərin inşasından danışıb. (İzvestia)
