Teleqraf xəbər verir ki, o, bu barədə aidiyyəti qurumların məlumat verə biləcəyini deyib.
“Lazım gələrsə, Milli Təhlükəsizlik Xidməti məlumat verəcək”, – Qriqoryan jurnalistlərə bildirib.
Onun Bakıya səfərinin mümkün olub-olmaması ilə bağlı suala isə Ermənistan Təhlükəsizlik Şurasının katibi belə cavab verib: “Belə bir müzakirə yoxdur”.
Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 19-21-də Azərbaycanın paytaxtında keçirilən III Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edib.
