İyul 8, 2026-7:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Səməd Bəşirli: “Azərbaycan yüksək əlavə dəyərli məhsullar istehsal etməyə çalışır”

2025:09:22 - 17:29
in İQTİSADİYYAT
A A

Azərbaycan yeni nəqliyyat dəhlizlərini inkişaf etdirməklə yanaşı, iqtisadiyyatın strukturunu da dərinləşdirərək daha mürəkkəb və yüksək əlavə dəyərli məhsullar istehsal etməyə çalışır.

“Report’ xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) deyib.

Nazir müavini bildirib ki, Azərbaycanın qeyri-neft ixracı son 6 ildə iki dəfə artıb, iqtisadiyyatın mürəkkəbliyini artırmaq əsas hədəfdir: “Azərbaycanın müstəqilliyinin ilk illərində əsas çağırışı makroiqtisadi sabitliyin təmin edilməsi olub. İlk mərhələdə ən böyük çətinlik məhz makroiqtisadi sabitliyin olmaması idi. Sabitlik əldə edildikdən sonra neft-qaz layihələrinə start verdik və iqtisadiyyatımız əsasən bu sahəyə əsaslanıb. Hazırda ÜDM-də və ixracda hələ də neft və qazın böyük payı var. Bununla yanaşı, son 6 ildə qeyri-neft ixracı təxminən iki dəfə artıb”.

S. Bəşirli vurğulayıb ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində illər əvvəl başlanan proses davam edir: “Diversifikasiyanın əsas yolu ixrac yönümlü, rəqabətqabiliyyətli istehsal sahələrini inkişaf etdirməkdir. Bu məqsədlə sənayeləşmə siyasəti aparılır. Hazırda sənaye zonalarında 170-dən çox müəssisə fəaliyyət göstərir, 4 milyard ABŞ dollardan artıq sərmayə yatırılıb və 10 mindən çox iş yeri yaradılıb”.

Nazir müavini ölkədə əlverişli biznes mühitinin gücləndirildiyini də diqqətə çatdırıb: “Rəqabətqabiliyyətli vergi sistemi, ədliyyə prosedurlarının sadələşdirilməsi və makroiqtisadi sabitlik bizim üçün prioritetdir. Bu gün qeyri-neft sənayesi ilə bağlı bir Anlaşma Memorandumu və bir dövlət-özəl tərəfdaşlıq sazişi imzaladıq”.

O, Azərbaycanın qapalı quru sərhəd coğrafiyasına baxmayaraq, nəqliyyat dəhlizlərinə böyük investisiya yatırıldığını bildirib: “Biz quru ilə əhatələnmiş ölkəyik, amma qonşu Mərkəzi Asiya iqtisadiyyatları kimi geniş potensiala malikik. Buna görə də illər əvvəl iri infrastruktur layihələrinə başladıq və indi bu imkanlardan maksimum yararlanmaq istəyirik”.

S. Bəşirli qeyd edib ki, davamlı inkişaf üçün iqtisadiyyatın mürəkkəbliyini artırmaq vacibdir: “Əvvəllər qeyri-neft ixracımız əsasən kənd təsərrüfatı məhsullarından ibarət idi. İndi isə emal olunmuş kənd təsərrüfatı və sənaye məhsullarının payı daha çoxdur. Rəqabətqabiliyyətli sənaye yaratmaq üçün innovasiya və texnologiya həlledici əhəmiyyət daşıyır. Texnologiya olmadan innovasiyadan danışmaq mümkün deyil”.

Əvvəlki Yazı

KOBİA: KOB-ların rəqəmsal və “yaşıl keçid”inə dəstək artırılır

Növbəti Yazı

Azərbaycan və Beynəlxalq Maliyyə Korporasiyası arasında dövlət-özəl tərəfdaşlığı sahəsində əməkdaşlıq sazişi imzalandı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.