Ağ Evin mətbuat katibi Caroline Leavitt bildirib ki, ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Volodimir Zelenski ilə də daxil olmaqla bir sıra ikitərəfli görüşlər keçirəcək.
“Prezident həmçinin BMT-nin baş katibi, Argentina və Avropa İttifaqının liderləri ilə ikitərəfli görüşlər keçirəcək”, – Leavitt mətbuat brifinqində deyib.
Həmin gün Trampın Qətər, Səudiyyə Ərəbistanı, İndoneziya, Türkiyə, Pakistan, Misir, BƏƏ və İordaniya nümayəndələri ilə çoxtərəfli görüş keçirəcəyini bildirib. (Tass)
