İsrail nümayəndə heyəti BMT Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətlə bağlı sentyabrın 23-nə planlaşdırılan iclasında iştirak etməyəcək. Bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon məlumat verib. O, bunu israillilərin həmin gün Roş-Haşana (yəhudilərin Yeni ili) bayramını qeyd etməsi ilə izah edib. O, Təhlükəsizlik Şurasının iclasının həmin tarixə təyin edilməsi qərarını İsrail nümayəndələrinə qarşı “riyakarlıq” adlandırıb.
“Təhlükəsizlik Şurasının sədrinə bir daha bildirdim ki, İsrail Təhlükəsizlik Şurasının sabahkı iclasında iştirak etməyəcək. İclasın Roş-Ha-Şana gününə düşdüyü barədə əvvəlcədən xəbərdarlığımıza baxmayaraq, Şura debatların həmin gün keçirilməsinə qərar verib”, – o, BMT Təhlükəsizlik Şurasının hazırkı sədri Kim Sanq-cinə göndərdiyi rəsmi məktubun surəti ilə birlikdə girişi müşayiət edərək yazıb.
“Yəhudilərin bayramında keçirilən birtərəfli müzakirə BMT-nin ikiüzlülüyünün bir daha sübutudur”, – Danon iddia edib. (Tass)
