İtaliya Qəzza zolağının bombalanmasına dərhal son qoymağa və Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsinə çağırır. Bunu BMT Baş Assambleyasının Fələstin-İsrail münaqişəsinə dair konfransında çıxışı zamanı İtaliyanın xarici işlər naziri Antonio Tajani deyib.
“BMT çox aydın siqnal göndərir: İsrail Qəzza zolağının bombalanmasını dayandırmalı, Həmas isə bütün girovları azad etməlidir”, – nazir deyib.
O, İtaliyanın münaqişənin iki dövlət əsasında həlli istiqamətində fəaliyyətini davam etdirəcəyini və həmçinin Fələstin əhalisinə yardım göstərəcəyini bildirib. (Tass)
