ABŞ prezidenti Donald Tramp Özbəkistanı Boeing ilə təxminən 8 milyard dollarlıq müqavilə imzalaması münasibətilə təbrik edib.
“Bu gün mən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Boeing ilə böyük müqavilə imzalaması münasibətilə təbrik etmək istəyirəm! Özbəkistan Hava Yolları 8 milyard dollardan çox qiymətə 22 [Boeing] Dreamliner 787 təyyarəsi alır”, o, Truth Social-da yazıb.
“Bu, ABŞ-da 35 mindən çox iş yeri yaradacaq. Prezident Mirziyoyev sözünün adamıdır və biz bir çox başqa məsələlərdə birgə işləməyə davam edəcəyik”, – Tramp əlavə edib. (Tass)
